ABŞ-da güclü yanğın: 3 min insan evsiz qaldı
24 sentyabr 2015 07:31 (UTC +04:00)

ABŞ-da güclü yanğın: 3 min insan evsiz qaldı

0

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının vurduğu ziyan yüz milyon dollarlarla ölçülür.  

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 12-dən Leyk, Napa və Sonopa dairələrində tüğyan edən güclü yanğınlar 28,4 min hektarı əhatə edib.

 

İlkin hesablamalara əsasən, yanğın 1 238 yaşayış evi daxil olmaqla 1 900 tikilini məhv edib, 3 minə yaxın adam evsiz qalıb. Sentyabrın 23-də Kobb yaşayış məntəqəsində, yanıb külə dönmüş evlərin birində naməlum kişi cəsədi aşkarlanıb. O, təbii fəlakətin sayca 6-cı qurbanı olub. Daha 3 nəfər itkin düşmüş hesab edilir.

 

Qeyd edək ki, prezident Barak Obama  iKaliforniyanın şimalını təbii fəlakət zonası elan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar