Rusiyada ilin ilk 4 ayı ərzində skinhedlər 8 xarici vətəndaşı qətlə yetiriblər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “SOVA” Rusiya İnsan Haqları Mərkəzinin hesabatında bildirilir.
Qeyd olunub ki, bu zaman kəsiyində skinhedlərin 31 nəfər əcnəbi vətəndaşı yaralayıblar.
Hesabatda vurğulanıb ki, bu ilin yanvar-aprel aylarında skinhedlər Moskvada və digər 11 regionda qeyri-ruslara hücumlar təşkil ediblər. Rusiya hüquq müdafiəçiləri skinhedlərin ən çox Qafqaz və Orta Asiyadan olan şəxsləri hədəf aldıqlarını bildiriblər.
Hesabatda rus millətçilərinin bu ilin aprelində Adolf Hitlerin ad günü ilə əlaqədar mərasimlər keçirdiyi də qeyd olunub.
"SOVA"nın hesabatında Rusiyada 2013-cü ildə 19 nəfərin milli-etnik zəmində qətlə yetirildiyi, 168 nəfərin isə yaralandığı bildirilib.