Rusiyanın Komi Muxtar Respublikasında neft məhsul olan çən yanıb. Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, çəndə 5 min kub metr neft məhsulu olub.
Məlumata əsasən, hadisə Usinsk şəhərindən 30 km şimal-qərbdə baş verib. Mənbə bildirib ki, bu müəssisənin “LUKoyl” neft şirkətinə məxsus olduğu ehtimal edilir.