Ukrayna Silahlı Qüvvələrinin Simferopoldakı fotoqrammertik mərkəzinə Rusiya xüsusi təyinatlıları tərəfindən hücum edilib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, «Röyter» bildirib ki, ukraynalı hərbçilərinə atəş açanının «özünümüdafiə qüvvələri» adı altında fəaliyyət göstərən rusiyalı xüsusi təyinatlılarıdır.
Bir müddət öncə açılan atəş nəticəsində yaralanan ukraynalı hərbçinin xəstəxanada keçindiyi haqda xəbər yayılıb.
«Mərkəzə hücum zamanı bir nəfər həlak olub. Bu ukraynalı hərbçi hərbi hissənin ərazisində xidmət zamanı güllələnib»-deyə, Ukrayna Müdafiə Nazirliyinin Krımdakı regional Media –mərkəzin rəisi Vladislav Seleznyob yazıb.