Rusiya siyasi səhnəsinin təlxəyi, Liberal Partiyasının başçısı Vladimir Jirinovsk Ukraynanın Krım Muxtar Respublikasının paytaxtı Simferopoldan Moskvaya uça bilməyib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Dumadakı liberallar fraksiyası rəhbərinin birinci müavini Alksey Didenko olayla bağlı bildirib: «Hava limanı bağlıdır. təyyarələr uçmur. Bizə dedilər ki, uçuşları Kiyev qapadıb».
«RİA Novosti»-nin məlumatına əsasən, Simferopol hava limanına bütün uçuşlar ləğv edilib.