Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, o, deyib ki, Moskva “SSRİ-ni bərpa etməyə” cəhd göstərmir.
“Rusiyanın keçmiş sovet məkanında öz nüfuzunu bərpa etməyə cəhd göstərməsi və imperiya yaratmaq istəyi ilə bağlı deyilənlər əsassızdır” -deyə, Putin vurğulayıb.
O, bildirib ki, Avroasiya İqtisadi Birliyinin fəaliyyəti isə SSRİ-nin bərpasına deyil, iqtisadiyyat sahəsində güclərin birləşdirilməsinə yönəlib.
Rusiyanın lideri əlavə edib ki, Moskva “rəqabətdə üstünlüyün” əldə edilməsi üçün ümumi dil, infrastruktur və başqa sahələr üzrə postsovet məkanında inteqrasiya prosesini dəstəkləyir.
Mənbənin məlumatına əsasən, Putin deyib ki, Krımın Rusiyaya birləşdirilməsi heç vaxt ağlına da gəlməyib. O, Ukraynada Rusiya “xüsusi xidməti orqanlarının fəaliyyət göstərmədiyini” də söyləyib.