Rusiya Poroşekonu tanıyacaqmı?
02 iyun 2014 23:21 (UTC +04:00)

Rusiya Poroşekonu tanıyacaqmı?

Rusiya prezidentinin administrasiyası Vladimir Putinin Ukrayna prezidenti Pyotr Poroşenko təbrik etməsi ilə bağlı məsələni şərhdən imtina edib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, V.Putinin mətbuat katibi Dmitri Peskov bu məsələyə belə münasibət bildirib: “Bu suala cavab verə bilmərəm”.

 

Ukraynada keçirilən seçkidən sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Pyotr Poroşenkonu təbriklə bağlı qərar seçkinin rəsmi nəticələri açıqlandıqdan sonra qəbul ediləcək.

 

Xatırladaq ki, iyunun 2-də Ukraynanın Mərkəzi Seçki Komissiyası Pyotr Poroşenoknun qələbəsi ilə bağlı rəsmi açıqlama verib. O, 54,7 faiz (9 milyon 857 min 308) səs toplayıb.

 

Yekun protokolu MSK-nın 15 üzvünün hamısı imzalayıb. 

 

İyunun 7-də P. Poroşenkonun andiçmə mərasiminin keçirilməsi gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar