Rusiya polisinin qanunsuz miqrantlarla bağlı səlahiyyətləri genişləndirilir
25 iyul 2015 05:03 (UTC +04:00)

Rusiya polisinin qanunsuz miqrantlarla bağlı səlahiyyətləri genişləndirilir

 Rusiya Daxili İşlər Nazirliyi qanunsuz miqrantlarla daha effektiv mübarizə aparmaq üçün qanun layihəsi hazırlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında bildirilir.  

 

Qanun layihəsi Rusiya ərazisində qalma qaydalarının pozulmasına dair maddə üzrə inzibati xəta işlərinə baxılması və Rusiya ərazisində qanunsuz əmək fəaliyyətinə dair maddə üzrə protokolların tərtib edilməsi kimi səlahiyyətlərin asayiş keşikçilərinə verilməsini  nəzərdə tutur.  

 

“Qanun layihəsinin qəbulu polisin miqrasiya sahəsində pozuntuların vaxtında profilaktikasının və qarşısının alınmasının təmin olunmasında polisin fəaliyyətinin effektivliyini artırmağa və qeyd olunan kateqoriyalar üzrə inzibati xəta işlərinə operativ baxmağa imkan verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365
avatar

Oxşar yazılar