«Ölkədə konstitusiyaya əsasən qanun-qaydanın yaranması üçün Ukraynanın prezidenti Viktor Yanukoviç Rusiya hakimiyyətinə müraciət edib». Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, martın 3-də Rusiyanın BMT-dəki təmsilçisi Vitali Çurkin qurumun açıq iclasında bu bəyanatla çıxış edib.
«Yanuokviç yazıb: «Maydandakı olaylar, Kiyevdə hakimiyyətin qanunsuz ələ keçirilməsi Ukraynanı vətəndaş savaşı ilə üz-üzə qoyub. Ukrayna əhalisinin müdafiəsi, sabitliyin təmini, qayda-qanunun yaradılması, sülh, qanunların bərpası üçün Rusiya prezidenti Vladimir Putinə silahlı qüvvələrdən istifadə etməsi ilə bağlı müraciət edirəm» -deyə, Çurkin məktubu oxuyub.
Bunun ardınca o, Təhlükəsizlik Şurasının üzvlərinə müraciətin əslinin surətini göstərib. Çurkin ölkəsinin hərəkətinə haqq qazandıraraq, deyib: «Rusiyanın Ukraynadakı fəaliyyəti uyğun və legitimdir».