Rusiya Suriyada məscidləri bombalaya bilər
07 oktyabr 2015 10:58 (UTC +04:00)

Rusiya Suriyada məscidləri bombalaya bilər

0

Rusiyanın Müdafiə Nazirliyi pilotsuz təyyarələrin çəkdiyi və İŞİD-in silah-sursatı məscidlərdə topladığını əks etdirən görüntüləri yayıb. Lent.az “Cihan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, nazirlik meşəlik sahələrdəki silah-sursatın İŞİD terrorçuları tərəfindən təhlükəsiz yer hesab edilən məscidlərə toplandığına dair xəbərdarlıq edib.

 

Rəsmi Moskva hərbi hava qüvvələrinin məscidləri vurmağa təhrik edildiyini və bu yolla ruslara qarşı əks-təbliğat aparılacağını bəyan edib: “Sentyabrın 30-dan bəri İŞİD-ə məxsus 80-ə yaxın silah anbarı, qərargah, toplanma məntəqəsi və nəqliyyat qovşaqları məhv edilib və proses bundan sonra da davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar