Rusiya İŞİD silahlıları ilə döyüşən kürdlərə silah-sursatı İraq hökuməti vasitəsi ilə ötürür, onların nümayəndələri Bağdadda yaradılan İnformasiya Mərkəzinin fəaliyyətində iştirak edirlər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Biz kürdləri silah-sursatla İraq hökuməti vasitəsi ilə təchiz edirik. Bağdadda yaradılan İnformasiya Mərkəzində İraq, Suriya, İran, Rusiya hərbçilərinin nümayəndələri daxil olmaqla, kürdlər də təmsil olunub”, deyə Lavrov mətbuat konfransında qeyd edib.