Rusiyanın “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) Mərkəzi Şurasının Rəyasət Heyəti Krım və Sevastopolda regional şöbələrinin yaradılması haqda qərar qəbul edib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda partiyanın mətbuat xidməti xəbər yayıb.
“Rəyasət heyəti Krımdakı regional şöbəyə sədr Dumanın deputatı Aleksandr Terentevi, Sevastopola isə deputat Mixail Bryaçkanı seçib”-deyə, məlumatda bildirilib.