Rusiya ilə bağlı qorxulu proqnoz
01 iyun 2015 20:49 (UTC +04:00)

Rusiya ilə bağlı qorxulu proqnoz

Rusiyada iqtisadi böhran hələ aradan qaldırılmayıb və böhranın pik həddi bu ilin ikinci rübündə baş verəcək.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.

 

O deyib ki, böhranın ağır dövrünün geridə qaldığını düşünmək olmaz, çünki ümumi daxili məhsul (ÜDM) birinci rüblə müqaisədə ikinci rübdə daha çox azalacaq: "Bu il ÜDM-in təqribən 4 faiz azalacaq. Bu, İqtisadi İnkişaf Nazirliyinin açıqladığı proqnozundan çoxdur".

 

Onun sözlərinə görə, ölkəni iqtisadi böhran bürüyəcək. Böhranlı vəziyyət yalnız bank sektorunda yavaşıya bilər. Rusiya 2000-ci ildən indiyədək ilk dəfədir böyük böhran dövrünü yaşayır.

 

Keçmiş nazir ölkədə siyasi və iqtisadi islahatlar aparılacağı halda hakimiyyət qurumlarına qayıtmasının mümkünlüyünü istisna etməyib.

 

Xatırladaq ki, A.Kudrin 2000-2011-ci illərdə Rusiyanın maliyyə naziri işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar