Rusiyada gənc analar imtahansız ali məktəbin hazırlıq kursuna qəbul olunacaqlar. Lent.az-ın məlumatına görə, bu barədə federasiyanın baş naziri Dmitri Medvedyev nazirlərlə görüşdə deyib. O bildirib ki, təzə qərarla hazırlıq mərhələsini keçən gənc analar dövlət hesablı ali məktəblərdə təhsillərini davam etdirəcəklər.
Təzə qayda eksperiment olaraq Rusiyanın 48 bölgəsindən 51 ali məktəbində aparılacaq. Nəticələr yaxşı olarsa, bu proqram davam etdiriləcək.