Rusiya Hitlerə görə Qazaxıstana nota verib
21 aprel 2014 13:03 (UTC +04:00)

Rusiya Hitlerə görə Qazaxıstana nota verib

Rusiya Qazaxıstana nota verib. APA-nın Moskva müxbiri xəbər verir ki, rəsmi Moskva Qazaxıstanın "Anız Adam" jurnalında çıxan nasist yönümlü yazı ilə bağlı Astanaya nota ünvanlayıb.

 

"Anız Adam" jurnalında nəşr olunan məqalədə Adolf Hitlerin şəxsiyyəti barədə geniş məlumat verilib və nasist ideologiyasına simpatiya nümayiş etdirilib. Rusiya XİN-in bəyanatında deyilir ki, milyonlarla insanın, o cümlədən ruslar və qazaxların həyatını itirdiyi Böyük Vətən Müharibəsinin 69-cu ildönümündə belə təbliğat məqaləsinin ortaya çıxması ikiqat hörmətsizlikdir: “Astanadakı səfirliyimiz bu məqalədən xəbər tutan kimi Qazaxıstanın Xarici İşlər Nazirliyinə nota ünvanlayıb. Notada Qazaxıstan ərazisində bu cür nəşrlərin yolverilməz olduğu qeyd edilib və həmin məqaləyə rəsmi reaksiyanın verilməsinə çağırılıb. Ümid edirik ki, bununla əlaqədar tədbirlər görüləcək və ölkələrimizin ictimaiyyəti bu barədə məlumatlandırılacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374
avatar

Oxşar yazılar