Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradır
09 sentyabr 2015 07:02 (UTC +04:00)

Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradır

Rusiya Ermənistanla və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı digər iki müttəfiqi - Qırğızıstan və Tacikistanla birgə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib  və hazırda onun imzalanmasına  hazırlıq işləri gedir. “Ümid edirəm ki, bu il razılaşdırma başa çatacaq”, deyə Baş qərargah rəisi – Hava-Kosmik Qüvvələri komandanının birinci müavini Pavel Kuraçenko bildirib.  

 

Qırğızıstan və Tacikistanla analoji sazişlər hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.  

 

Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirici Komitənin növbəti iclası 2016-cı ilin aprelində Rusiyanın  Tver  şəhərində keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302

Oxşar yazılar