Kreml Əsədə 240 milyon avro yardım ayırıb
28 may 2014 07:03 (UTC +04:00)

Kreml Əsədə 240 milyon avro yardım ayırıb

Rusiya sosial ehtiyacların təmin olunması üçün Suriyaya 240 milyon avro (11,2 milyard rubla yaxın) yardım ayırıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda “Kommersant” qəzeti xəbər yayıb.

 

Qəzetin məlumatına əsasən, aprelin sonunda Rusiyanın baş naziri Dmitri Medvedev Suriyadakı hakimiyyətə əvəzsiz yardım məqsədi ilə Rusiyanın “Vneşekonombank”-ının hesabına 46 milyon avrodan artıq maliyyə vəsaitinin köçürülməsi haqda sərəncam imzalayıb.

 

Mənbə bildirib ki, bir müddət öncə Suriyadakı rejim Kremldən əvəzsiz maliyyə yaradımı ilə bağlı müraciət edib.

 

Xatırladaq ki, iyunun 3-də Suriyadakı rejim prezident seçkisi keçirməyi planlaşdırır. Həmin seçkidə Bəşar Əsəd də namizəd kimi iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776
avatar

Oxşar yazılar