Rusiya baş nazirinin gəliri  1,5 mln rubl azalıb
12 aprel 2014 03:37 (UTC +04:00)

Rusiya baş nazirinin gəliri  1,5 mln rubl azalıb

2013-cü ildə Rusiyanın baş naziri Dmitri Medvedev 4,259 milyon rubl qazanıb.

 

Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, 2012-ci illə müqayisədə onun gəliri 1,5 milyon rubl azalıb.

 

Bunu onun 2012-ci il mayın 8-dək prezident olması ilə əlaqələndirirlər.

 

Xatırladaq qətnamədə Dmitri Medvedevin prezident olduğu dövrdə aldığı maaşda nəzərə alınıb.

 

2012-ci ildə Medvedevin gəliri 5,8 milyon rubl olub.

 

Baş nazirin gəliri ilə bağlı qətnaməyə əsasən, onun 367,8 kv. metrlik mənzili, 4700 kv.met torpaq sahəsi,  “QAZ-20” və “QAZ-21” markalı iki avtomobili var.

 

2013-cü ildə baş nazirin xanımı Svetlana Medvedevanın gəliri olmayıb. Onun “Volkswagen Golf” markalı avtomobili var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar