Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ölkəsinin ABŞ-dakı səfirinin geri çağırılması haqda təşəbbüsü dəstəklədiklərini bildirib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət qəbul olunub.
Matvienko deyib: «Beynəlxalq işlər üzrə komitəsinə Rusiya Federasiyasının prezidentinə təxirə salınmadan müraciət göndərməsi tapşırılıb».
Şura sədri V.Putinin bu müraciətə baxıb, uyğun qərar çıxaracağına ümid etdiyini bildirib.
Buna səbəb kimi ABŞ prezidenti Barak Obamanın verdiyi bəyanat göstərilir. Amerika lideri Moskvanı tutduğu mövqeyə görə sərt tənqid edib: «Ukrayna məsələsinə yönəli siyasəti Rusiyaya baha başa gələcək».