Rusiya AB-dən mal əti ixracına sanksiya qoyub
27 iyun 2014 06:04 (UTC +04:00)

Rusiya AB-dən mal əti ixracına sanksiya qoyub

0

Avropa Birliyi ölkələrindən ixrac edilən çiy mal ətinə məhdudiyyət qoyub.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiyanın uyğun qurumları buna səbəb kimi həmin məhsullarının sertifiqatlaşdırılmasının etibarlı olmadığı göstərilib.

 

Rusiya tərəfi bildirib ki, mal əti adı altında ölkəyə Gömrük Birliyi tərəfindən məhdudiyyət qoyulmuş donuz əti ixrac edilir.

 

Mənbənin məlumatına əsasən, bu sanksiya rusiyalı mütəxəssislərlə Avropa Birliyinin səhiyyə və istehlakçıların hüquqlarının müdafiə üzrə komissiyası arasında texniki məsləhətləşmədən sonra aradan qaldırılacaq.

 

Xatırladaq ki, AB-dən Rusiyaya donuz ətinin ixracı bu ilin yanvarından qadağan edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 885

Oxşar yazılar