Ukraynanın Simferopol şəhərindəki Rusiya konsulluğu keçmiş xüsusi təyinatlı milis dəstəsi «Berkut» döyüşçülərinə Rusiya pasportları verməyə başlayıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin «Facebook»-dakı səhifəsində bu haqda belə yazılıb: «Baş Konsulluğa tapşırılıb ki, «Berkut» dəstəsinin döyüşçülərinə Rusiya pasportlarının verilməsinə başlanılması ilə bağlı vacib təcili tədbirlər görülsün».
Qeyd edək ki, fevralın 26-da Ukrayna parlamenti bu dəstəni buraxılması haqda qanun qəbul edib. Onlar etiraz aksiyalarının dağıdılmasında və aksiyaçılara qarşı amansız davranmaqda suçlu bilinir. Bununla bağlı araşdırmaya başlanılıb.
Bu qurum 1992-ci ildə Ukrayna SSR Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinin («OMON») bazasında yaradılıb.