“Rusiya tərəfdən sərhədçilər zirehli maşınlar və “KaMAZ”-lardan puleyotlarla atəş açır. Arxadan onlara yüzdən çox yaraqlı qoşulub”.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, bu xəbəri “Müqavimət informasiyası” qrupu yayıb. Mənbə bildirib ki, Rusiya ilə Ukrayna sərhədində, Marinovka sərhəd –keçid məntəqəsində ukraynalı sərhədçilər terrorçulara qarşı döyüşür.
“Rusiya tərəfindən sərhədçilərə basqın edilib. Terrorçular üzərində iriçaplı pulemyot “HCB” quraşdırılmış bir zirehli maşın , 4 “KaMAZ”-la hücuma keçib. Bundan başqa basqında 4 mikroavtobus yaraqlı iştirak edir” -deyə, mənbə vurğulayıb.
Məlumata əsasən, sərhədçilər terrorçuların bir “KaMAZ”-ını məhv edib.