Rumıniyanın yeni prezidenti məlum oldu
17 noyabr 2014 11:18 (UTC +04:00)

Rumıniyanın yeni prezidenti məlum oldu

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Sibiu şəhərinin meri, milli liberalların namizədi Klaus Yohannis qalib gəlib.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, onun əsas rəqibi, baş nazir Viktor Ponta öz məğlubiyyətini etiraf edib. V. Ponta rəsmi nəticələri gözləmədən K. Yohannisi təbrik edib.   

 

Qeyd edək ki, seçkilərlə bağlı keçirilən “exit-poll” sorğuları qalibi müəyyən edə bilməyib.

 

Seçkilərin ilk turu noyabrın 3-də keçirilib. İlk turda V. Ponta 40,3%, S. Yohannis isə 30,4% səs alıb.

 

Rumıniyada iki müddət prezidentlik edən Trayan Basesku bu seçkidə namizəd olmaq hüququnu itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar