Rumıniyanın keçmiş baş prokuroruna 2 il iş kəsilib
12 mart 2014 06:59 (UTC +04:00)

Rumıniyanın keçmiş baş prokuroruna 2 il iş kəsilib

0

Rumıniyanın keçmiş baş prokuroru Qabriel Gitse korrupsiyada ittiham olunaraq, iki il azadlıqdan məhurm edilib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, yerli prokurorluq orqanlarının rəhbərlərini seçilərkən,o, müsabiqə komissiyasında sənədələri saxtalaşdırırmış.

 

Mənbə bildirib ki, keçmiş baş prokuror hər belə sənədə üçün 50 min avro rüşvət alırmış. Ona görə də məsələ ilə bağlı prokurorluğunu daha bir neçə  əməkdaşı da istintaqa cəlb edilib. Onlar da çeşidli müdətə azadlıqdan məhrum edilib.

 

Rumıniyada yüksə vəzifəli dövlət məmurunun korrupsiyada ittihamı ilə bağlı ilk hadisə deyil. Son iki ildə müttəhimlər kürsüsünə keçmiş baş nazir, bir neçə nazir, habelə polis rəisləri  çıxarılıb.

 

Bununla belə Avropa Birliyi Rumıniya hakimiyyətinin korrupsiyaya son qoya bilməməsindən rahatsızlığın bildirib. Məhz bu səbəbdən ölkə üçün Şengen zonası bağlıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar