Rumıniyada etirazlar davam edir
08 noyabr 2015 02:28 (UTC +04:00)

Rumıniyada etirazlar davam edir

0

Rumıniyada hökumət əleyhinə gecə nümayişləri davam edir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 8-ə keçən gecə paytaxt Buxarestin küçələrinə 3 mindən çox insan çıxıb.

 

Nümayiş ölkə telekanalları ilə canlı yayımlanır. Etirazçılar parlamentin buraxılmasını, vaxtından əvvəl seçkilərin keçirilməsini, pensiya və əmək haqlarının artırılmasını, korrupsiyaya qarşı mübarizə aparmağı tələb edirlər.  

 

Etiraz aksiyaları Rumıniyanın digər şəhərlərində də keçirilir. Buxarestdə nümayişlər noyabrın 3-dən davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar