Ruhani BMT-yə verdiyi sözə əmələ etmir
14 mart 2014 04:52 (UTC +04:00)

Ruhani BMT-yə verdiyi sözə əmələ etmir

0

«İnsan haqlarının qorunması ilə bağlı  İran prezidenti Həsən Ruhaninin vədlər verməsinə baxmayaraq,bu yöndə heç bir dəyişiklik olmayıb».

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, sənəd müəllifləri bildirib ki, Ruhani seçkidən əvvəl ölkədə insan hüquqlarının yaxşılaşacağı haqda vətəndaşlara verdiyi vədləri yerinə yetirə bilməyib.

 

Hesabatda bildirilib ki, onun başçılıq etdiyi hökumət ölkədə edam cəzası ilə bağlı mövqeyini dəyişməyib: «Bu hökumət edam məsələsində əvvəlki hökumətlərin siyasətini davam etdirir və edam cəzasının saxlanmaqda israrlıdır. 2013-cü ildə İranda 625 nəfərə yaxın insan edam olunub».

Hesabat müəllifləri ölkədə şəxsi fikrini bildirdiyi üçün müstəqil vəkillərin, eləcə də jurnalistlərin və internet fəallarının həbsi davam etməkdədir: «2013-cü ilin dekabrından indiyə kimi İranda 35 jurnalist və 16 internet fəalı çeşidli ittihamlarla tutulub».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 584

Oxşar yazılar