Dünya Katoliklərin ruhani lideri Roma papası Franksisə həkimləri makaronu az yeməsi istiqamətində xəbərdarlıq ediblər.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, səhhətinin qeydinə qalması üçün həkimlər Franksisə daha az makaron yeməyi və daha çox yürüş etməyi məsləhət görüblər.
İşinin və etdiyi səyahətlərin çoxluğu səbəbindən yorulan 78 yaşlı ruhani liderin səhhətinə daha çox diqqət etməsinin labüd olduğu bildirilib. Artıq 2 ildən artıq müddətdir bu vəzifənin icrası ilə məşğul olan Franksis daha əvvəl verdiyi açıqlamada, bu işlə maksimum 4-5 il məşğul ola biləcəyini demişdi.
Ahıl yaşına baxmayaraq səhhəti normal olan Roma papasının cavanlığında yaşadığı ağ ciyər xəstəliyinin xaricində elə də ciddi bir problemi yoxdur. Həkimlər isə din adamının bu şəkildə davam edə bilməsi üçün həftədə iki dəfədən çox yediyi makaronu azaltmasının və hər gün bir neçə km yürüş etməsinin vacib olduğunu bildiriblər.