Roma Papası cinsi azlığın nümayəndəsini səfir kimi təsdiqləmədi
23 aprel 2015 01:12 (UTC +04:00)

Roma Papası cinsi azlığın nümayəndəsini səfir kimi təsdiqləmədi

0

Roma Papası Fransisk gizli şəkildə Fransanın Vatikan yanında missiyasının yeni başçısı vəzifəsinə təyin edilmiş namizədlə görüşüb və onun akkreditasiyasından imtina elədiyini şəxsən ona bildirib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, rəsmi Paris 55 yaşlı Loran Stefanini belə bir diplomatik rol üçün həddən artıq peşəkar hesab edirdi.

 

Məlumata görə, Vatikan başçısının imtinasına səbəb yeni səfirin qeyri-ənənəvi cinsi oriyentasiyası olub.

 

Stefani hələ yanvarın 5-də bu vəzifəyə təyin edilib. Nikolay Sarkozi dönəmində o, Yelisey sarayının protokol xidmətinin başçısı işləyib. 2001-2005-ci illərdə Fransanın Vatikandakı səfirliyində ikinci şəxs və Fransa XİN-də dini məsələlər üzrə müşavir olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar