Ukraynanın cənub-şərqində əhalinin 70 faizə yaxını vilayətin ayrılaraq, Rusiyaya birləşdirilməsi təşəbbüsünü dəstəkləmir.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Unian.net” xəbər yayıb.
Sosioloji sorğunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutu keçirib. Araşdırmanın nəticəsinə əsasən, respondentlərin 69,7 faizi Rusiya birləşdirməyə qarşıdır.
Rəyi soruşulanların 15,4 faizi Ukraynanın cənub-şərq bölgəsinin Rusiya birləşdirilməsini dəstəkləyib. 12,5 faiz isə suala cavab verməyə çətinlik çəkdiyini söyləyib.
Rusiyaya birləşməyə qarşı çıxanların çoxu Nikolayevsk (85,4 faiz), Xerson (84,6 faiz) və Dnepropetrovsk (84,1 faiz) vilayətlərinin əhalisi olub.
Xarkov vilayətində rəyi soruşulanların 65,6 faizi, Donetsk və Luqanskda isə 52,2 faizi Rusiyaya birləşməyə qarşıdır.
Luqansk vilayətində respondentlərin 30,3 faizi, Donetskdə 27,5 faizi, Xarkovda isə 16,1 faizi Rusiyaya birləşməyin tərəfdarı olub.
Respondentlərin çoxu Rusiyada əmək haqqının yüksək olmasını, sabit iqtisadiyyatı cəlbedici sayıblar.
Sorğuda iştirak edənlərin 74,5 faizi Ukrayna və Rusiyanı müstəqil, dost dövlət, açıq sərhədli, vizasız gediş-gəlişli görmək istədiklərini bildiriblər.