Qvatemalada sürüşmə qurbanlarının sayı 149-a çatdı
06 oktyabr 2015 05:09 (UTC +04:00)

Qvatemalada sürüşmə qurbanlarının sayı 149-a çatdı

Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb, 300-dən çox insan itkin düşmüş hesab olunur.

 

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, təbii fəlakət zonasında yüzlərlə xilasedici və 100-ə yaxın ekskavator işləyir.

 

Bölgədə davam edən yağışlar xilasedicilərin işini xeyli çətinləşdirir. Son iki gün ərzində qəsəbədə daha iki xırda torpaq sürüşməsi qeydə alınıb.

 

Qeyd edək ki, Qvatemalada 3 günlük matəm elan edilib. Ölkə hökuməti sağ qalan qəsəbə sakinlərini təhlükəsiz əraziyə köçürmək niyyətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157

Oxşar yazılar