Azərbaycanlı icra başçısı ev dustaqlığına buraxıldı -<span style="color:red;"> ÖZƏL
09 oktyabr 2014 13:26 (UTC +04:00)

Azərbaycanlı icra başçısı ev dustaqlığına buraxıldı - ÖZƏL

0

Oktyabrın 2-də həbs edilmiş Dərbən rayon admisnstrasiyasının sədri, Dağıstanın Azərbaycan diasporunun lideri Qurban Qurbanov ev dustaqlığına buraxılıb. Bu barədə Lent.az-a Dərbənddə yaşayan jurnalist Telman Tahirli xəbər verib. T.Tahirlinin sözlərinə görə,  Q.Qurbanov barəsində seçilmiş həbs qəti-imkan tədbirini dəyişdirilərək onun barəsində 2 aylıq ev dustaqlığı tədbiri seçilib.

 

Xatırladaq ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə bölməsində bu il sentyabrın 16-da Q.Qurbanov barəsində Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb.

 

İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Q.Qurbanov Rusiya Federasiyası və Dağıstanın Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.

 

Oktyabrın 2-də həbs edilən Q.Qurbanov Dərbəndin azərbaycanlı klanının lideri idi. Ondan əvvəl rayona 1962-ci ildən etibarən atası Səid Qurbanov başçılıq edib. Q.Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi idi. Ramazan Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3144

Oxşar yazılar