İstintaq Dağıstanın Qızılyurd rayonundakı kənd məscidinin imamı Məhəmməd Zəkəriyyəyevin qatilinin kimliyini müəyyənləşdirib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, İstintaq idarəsi bildirib: “Şübhəli iki nəfər “Qızılyurd” terrorçu-diversiya qrupunun üzvüdür. Onlar ağır cinayətlər törətdikləri üçün federal axtarışdadır”.
Xatırladıq ki, 32 yaşlı imam Məhəmməd Zəkəriyyəyev aprelin 10-da maskalılar tərəfindən tapançadan atılan atəşlə qətlə yetirilib. İmam hadisə yerində dünyasını dəyişib.