Qiyamçı general öldürüldü
16 sentyabr 2015 20:43 (UTC +04:00)

Qiyamçı general öldürüldü

Tacikistanın keçmiş müdafiə nazirinin müavini, general Abdulhalim Nazarzoda öldürülüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

 

Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində həmçinin daha 30 qiyamçı məhv edilib, 100-dən çoxu həbs edilib. Güc strukturları tərəfindən “Alfa” xüsusi təyinatlı dəstəsinin komandiri Rustam Amakiyevin öldüyü bildirilir.

 

Qeyd edək ki, Abdulhalim Nazarzoda  sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkilində ittiham edilirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349

Oxşar yazılar