Qırğızstanın dövlət qızıl şirkəti olan “Kyrgyzaltın”ın rəhbəri həbs olunub.
O, maliyyə fırıldağında ittiham olunur.
Lent.az-ın “AzadlıqRadiosu”-na istinadən məlumatına görə, baş prokurorluqdan mayın 29-da bildiriblər ki, Dilger Japarov mayın 28-də tutulub.
İstintaq materiallarına görə, Japarov dekabr ayında Kanadanın “Centerra Gold Company” şirkətinin hesabına 200 milyon dollar köçürüb.
Centerra Qırğızıstanda Kumtor adlı ən böyük qızıl mədənində işləyir.
Japarov ittihamlara cavab olaraq deyib ki, köçürülən pul Centerranın Kumtordakı mənfəətidir.
Hakimiyyət isə belə köçürməyə hökumətdən icazə alınmalı olduğunu bildirir.
“Kyrgyzaltın” şirkətində payların 33 faizi Qırğızıstan hökumətinə məxsusdur.