Qırğistan ərazisində yerləşən Vorux anklavında Tacikistan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Batken rayonunun Koço-Karın kəndi yaxınlığında baş verib.
Məlumata əsasən, bir qrup Vorux sakini Koço-Karın kəndinə daxil olaraq yerli sakinlərin evləri və maşınlarını daşqalaq edib. Hadisə yerinə gələn Qırğistan və Tacikistan sərhədçiləri arasında yaranan mübahisə atışma ilə nəticələnib. Nəticədə ağır yaralanan Vorux sakini xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırmalara başlanılıb.