İsrailin iyulun 7-dən Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı açıqlanıb. Lent.az-ın xəbərinə görə, Qəzzadakı səhiyyə nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudra “Anadolu” agentliyinə verdiyi açıqlamada, bugünə kimi 2096 nəfərin həyatını itirdiyini bildirib. Ölənlərdən 563 nəfər uşaq, 255 nəfər qadın, 98 nəfər isə yaşlı insan təşkil edir.
Hücumlar nəticəsində 10 min 500 nəfərdən çox insan da yaralanıb ki, bunların da 3189 nəfəri uşaq, 1994 nəfəri qadın, 388 nəfəri isə yaşlı insanlardır.