Qəzaya uğrayan təyyarədə başqa ölkələrin də vətəndaşları olub
31 oktyabr 2015 16:59 (UTC +04:00)

Qəzaya uğrayan təyyarədə başqa ölkələrin də vətəndaşları olub

0
 Misirdə göyərtəsində 224 nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan olmayıb.

APA-nın xəbərinə görə, bu barədə "Associated Press" agentliyi Misirin hökumət rəsmilərinə istinadən xəbər verir.

 

Almaniyanın "Deutsche Welle" nəşri isə yazır ki, artıq xilasedicilər 17-si uşaq olmaqla 100-də atrıq cəsədi aşkarlayıb.

 

"Xilasedicilər sağ qalanların olduğunu istisna etmir", - deyə nəşr yazır.

 

Rusiyanın "Slon" portalı yazır ki, təyyarənin göyərtəsində 3 Ukrayna vətəndaşı olub.

 

Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında isə bildirlir ki, təyyarənin göyərtəsində bu ölkənin 1 vətəndaşı olub.

 

Xatırladaq ki, bu gün göyərtəsində 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar