Son illərdə Qətər dövlətinin dünyada böyük şirkətlərə sahiblənməsi siyasəti böyük maraqla izlənilir. Lent.az-ın məlumatına görə, Qətərin həyata keçirdiyi böyük satınalma əməliyyatlarının arxasında “İnvestisiya Birliyi”nin yer aldığı məlum olub.
Qətərin investisiya portfelindəki ölkələr sırasında ilk yerləri Almaniya, İngiltərə, Fransa, ABŞ və Çin tutur. Türkiyəyə də böyük miqdarda pul yatıran qətərlilər bu ölkədə əsasən maliyyə və daşınmaz əmlak bazarı ilə maraqlanırlar. Bunun nəticəsidir ki, “Qətər İnvestisiya Birliyi” (QIA) hazırda Türkiyədə böyük iqtisadi şəbəkəyə sahibdir.
2005-ci ildə yaradılan QIA-nın idarə etdiyi maliyyə kütləsinin həcminin 170 milyard dollardan artıq olduğu bildirilir. Bu rəqəm Türkiyənin builki büdcəsindən də çoxdur və böyük maliyyə rıçaqları Qətər şirkətinə bir çox nəhəng şirkətlərdə pay sahibi olmağa imkan verir.
QIA bu günədək İngiltərədə 30, Fransada 1, Almanida isə 5 milyard dollarlıqsatınalma gerçəkləşdirib. Qətərin investisiya şirkəti yaxın vaxtlarda Çin və ABŞ-a əlavə 35 milyard dollar yatırmağı planlaşdırır. Ümumilikdəisə 2005-ci ildən bəri Qətər dünyada 60 milyard dollarlıq satınalma həyata keçirib.
Qətərin investisiya fondunun Türkiyəyə gəlişi 2005-ci ilə təsadüf edir. İlk olaraq “Mayhoola for Investments” vasitəsi ilə 885 milyon lirəlik yatırımla “Boyner”’in 30.7 faizini alan ərəblər daha sonra bank sektoruna və yayım şirkətlərinə meyl göstərib.
“Mayhoola for Investments” QIB-in törəmə fondudur və Türkiyənin “Digiturk” yayım şirkətini idarə edən qrupa daxildir. Eyni formada onlar Türkiyəniniri maliyyə institutlarından olan “ABank”ı 460 milyon dollara satın alıblar və bu bank hazırda “Commercial Bank of Qatar” vasitəsi ilə idarə edilir.
Maraqlıdır ki, 2,7 milyard dollara “Finansbank”ı alanlar da qətərlilərdir və bu bankı hazırda “Qatar National Bank” idarə edir.
Yuxarıda qeyd edilən hər iki Qətər bankının səhmlərinin yarısı QIA tərəfindən idarə edilir.
Bir çox Avropaölkələri Qətərin həyata keçirdiyi nəhəng investisiya layihələrinin gələcəkdə “siyasi şantaj”a çevrilə biləcəyindən çəkinir və ərəblərin təkliflərinə soyuq yanaşır. Bu firkin gclənməsinə Qətərin Misirə qarşılıqsız olaraq yatırdığı 5 milyard dollar və bu ölkəyə təsir imkanları nümunə göstərilir.
Sonda Qətərin investisiya fondunun dünyanın nəhəng şirkətlərindəki pay faizi ilə bağlı:
“Şell”in 3-5 faizini alıblar
“Total” 3 faizini alıblar
İtaliyanın moda nəhənglərindən olan “Valentino” 700milyon avroya tamamilə alınıb
İtaliyanın enerji şirkəti olan “Eni”ni tamamilə almağa hazırlaşırlar
“Mark-Spancer”ə ortaq olublar
“Louis Vuitton”u tamamilə alıblar
“France Telekom” və “Arava” çirkətlərində pay sahibi olublar
“Porsche”nin 10 faizini alıblar
“Credit Suisse”nin 6 faizini alıblar
“Volksvagen group”un 17 faizini alıblar
“Barclays”ın 12,7 faizini alıblar