ABŞ-ın Los Anceles şəhərində avtomobilin qatarla toqquşması nəticəsində azı 21 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib. Məlumata görə, qəza nəticəsində qatarın iki vaqonu relsdən çıxıb.
Yaralılardan 19-u yüngül xəsarət alıb, 2 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.
İnsidentin səbəbləri araşdırılır.