Türkiyənin Konya şəhərində dəhşətli hadisə baş verib. Lent.az milliyet.com.tr-yə istinadən verdiyi məlumata görə, 23 yaşlı Həsən Yıldızın idarə etdiyi avtomobil Konya-Qaraman sürət qatarının altında qalıb. Qatarın uzun müddət sürüdüyü avtomobildə olan sürücü və Fatih Ünal həyatını itirib.
Qəza nəticəsində avtomobil kağız kimi əzilib, tanınmaz hala düşüb, qatarın maşinistləri tutulub. Faktla bağlı araşdırma aparılır.
Dəhşətli qəzanı əks etdirən görüntüləri təqdim edirik.