Qar Moskvanı iflic etdi: avtomobillər 11 saat tıxacda qaldı
26 dekabr 2014 10:43 (UTC +04:00)

Qar Moskvanı iflic etdi: avtomobillər 11 saat tıxacda qaldı

Ötən gündən Moskvaya güclü qar yağmağa başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, səhər başlayan qar gün ərzində davam edib və Rusiya paytaxtında həyat iflic olub.

 

Hava limanlarında çətin vəziyyət yaranıb. Gün ərzində yüzlərlə təyyarə reysi gecikib. 4 təyyarə Moskvaya eniş edə bilmədiyindən Nijni Novqoroda uçub.

 

Ən çətin vəziyyət isə avtomobil yollarında yaranıb. Moskva 11 saat ərzində 10 ballıq tıxacda qalıb. Bu, Moskvanın tarixində ən böyük tıxac hesab olunur. Bəzi sürücülər tıxacdan çıxmaq üçün 10 saat gözləməli olublar. Şəhər sakinlərinin böyük əksəriyyəti işə vaxtında çata bilməyib, dövlət rəsmilərinin iştirakı planlaşdırılan bir sıra tədbirlər baş tutmayıb.

 

Güclü qar Moskvadakı yol qəzalarının sayında da rekord artıma səbəb olub. Ötən gün Rusiya paytaxtında 500-dən çox yol qəzası baş verib. Yol-nəqliyyat hadisələri nəqliyyatın hərəkətindəki problemləri daha da artırıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35