Lənkəranskinin adamları "Zayka Zauru" döydülər - <span style="color:red;">"Matrosskaya Tişina"da
05 dekabr 2014 11:39 (UTC +04:00)

Lənkəranskinin adamları "Zayka Zauru" döydülər - "Matrosskaya Tişina"da

0

Moskvadakı “Matrosskaya tişina” istintaq təcridxanası “qanuni oğru”lar arasında insident baş verib. Lent.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, iki həftədir təcridxanada kütləvi dava gedir. Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, ötən həftə “Matrosskaya tişina”nın istintaq təcridxanasında saxlanılan Zaur Əliyevin (ləqəbi “Zayka”) kamerasına killer Nazim Hümbətovun (Nazim Xramoy) və avtoritet Erdak Lənkəranskinin rəhbərliyi ilə 30 nəfər soxulub. Onlar “Zayka”nı döyüblər və bu proses bir neçə mobil telefonla çəkilib, eləcə də “skayp” vasitəsilə “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) Azərbaycanda saxlanıldığı həbsxanada yayımlanıb. 

 

Dekabrın 2-də isə buna cavab olaraq istintaq təcridxanasındakı vəziyyətə nəzarət edən “qanuni oğru” Nukri Doçiya (Nukri Qalski) digər məhbuslarla birgə “Zayka”ya hücum edən dəstənin 7 iştirakçısını vəhşicəsinə döyüblər. Bu zaman Nazim Xromoyla Erdak Lənkəranskinin daha ciddi xəsarətlər aldığı bildirilir. Onlar və digər xəsarət alanlar hazırda lazaretdədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar