Qaçqınların birbaşa Türkiyədən Aİ-yə köçürülməsi mexanizmi yaradılacaq
18 dekabr 2015 00:52 (UTC +04:00)

Qaçqınların birbaşa Türkiyədən Aİ-yə köçürülməsi mexanizmi yaradılacaq

Yunanıstanın baş naziri Aleksis Sipras və onun türkiyəli həmkarı  Əhməd Davudoğlu arasında  Bolqarıstanla energetika sahəsində üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair razılıq əldə olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ötən gün Brüsseldə  Yunanıstan və Türkiyənin baş nazirlərinin təkbətək görüşü və Aİ-Türkiyə 10+1 formatında  “kiçik sammiti” keçirilib. Toplantıda Avstriya, Almaniya, Belçika, Lüksemburq, Fransa, İsveç, Finlandiya, Hollandiya, Sloveniya, Yunanıstan və Türkiyənin rəsmi şəxsləri iştirak ediblər.  

 

 

“Hər iki görüşdə qaçqınlar probleminin müzakirəsi zamanı Sipras hava şəraitinə görə müəyyən azalma müşahidə olunmasına baxmayaraq, ümumilikdə miqrant axınının səngimədiyini vurğulayıb. Vətəndaşları qaçqın hesab edilməyən ölkələrdən də miqrant axınının artığı qeyd olunub. Baş nazir konkret tədbirlər planı əsasında Aİ-Türkiyə əməkdaşlığının inkişaf etdirilməsi prosesini alqışlayıb”, deyə Yunanıstan hökumətinin nümayəndəsi bildirib.      

 

Yunanıstanın baş naziri Türkiyənin bəzi ölkələrlə viza rejiminin olmasının bir sıra problem yaratdığını qeyd edib.  

 

“Sipras qaçqın hesab edilməyən miqrantların (Pakistan, İran, Mərakeş və s. ölkələrdən gələn miqrantlar) Türkiyəyə readmissiya olunması barədə ikitərəfli sazişin icra olunmasının vacibliyini qeyd edib”, deyə mənbə bildirib.   

 

 Sipras qaçqınların birbaşa Türkiyədən Aİ-yə köçürülməsi üçün daimi mexanizm yaradılmasının vacibliyini qeyd edib.

 

“Görüş iştirakçıları bu mühüm problemlərin yaradılacaq İşçi Qrupu çərçivəsində baxılmasının vacibliyini vurğulayıblar. Qaçqın problemi ilə bağlı xüsusi diqqət məhz Yunanıstan-Türkiyə əməkdaşlığına yönəldiləcək”, deyə mənbə qeyd edib.    

 

Sipras-Davudoğlu görüşündə isə  rəsmi səviyyədə gələcəkdə keçiriləcək görüşlərin proqramı müzakirə edilib: “Baş nazirlər fevralda əməkdaşlığa dair ali şuranın sessiyasının keçirilməsinə dair razılığa gəliblər”.  

 

“Onlar həmçinin Bolqarıstanla energetika, su təchizatı və nəqliyyat sahələrində üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair razılığa gəliblər. Müvafiq görüşün martda keçirilməsi gözlənilir”, deyə hökumət nümayəndəsi bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar