Putinlə Poroşenko atəşkəslə bağlı birgə fəaliyyət göstərəcək
01 iyul 2014 01:23 (UTC +04:00)

Putinlə Poroşenko atəşkəslə bağlı birgə fəaliyyət göstərəcək

0

“Rusiya və Ukrayna prezidentləri Ukraynanın şərqində Kiyevlə separatçılar arasında qarşılıqlı atəşkəslə bağlı birgə işləməyi razılaşdırıb”.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu açıqlamanı Fransa prezidenti Fransua Olland verib.

 

Mənbə bildirib ki, iyunun 30-da Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı olub.

 

Tərəflər ATƏT-in vasitəçiliyi ilə rəsmi Kiyev və Ukraynanın şərqindəki separatçılar arasında məsləhətləşmənin üçüncü mərhələsinin təşkil olunmasına dair razılığa gəliblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 893

Oxşar yazılar