Almaniya kansleri Angela Merlellə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, danışığın təşəbbüskarı Rusiya lideridir.
V.Putin Ukraynada “ölkənin bütün regionları sakinlərinin qanuni maraqlarının təmin olunması istiqamətində konstitusiya islahatlarının aparılmasını vacibliyini” qeyd edib.
Kremlin mətbuat xidməti bildirib: “Müzakirə zamanı Ukraynada sabitliyin bərpası üçün çeşidli baxışlar, o cümlədən beynəlxalq ictimaiyyətin yardımının mümkünlüyündən danışılıb”.