Aprelin 30-da Rusiya prezidenti Vladimir Putinlə Britaniyanın baş naziri Devid Kemeron arasında Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı olub.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, danışıq zamanı tərəflər razılaşıb ki, Ukraynadakı qarşıdurma yalnız dinc yolla həll edilməlidir.
Onlar bu ilin aprelində Cenevrədəki razılaşmanın icrasının vacibliyini vurğulayıblar.