Putinlə Həsən Ruhani Ukraynanı müzakirə edib
14 mart 2014 03:10 (UTC +04:00)

Putinlə Həsən Ruhani Ukraynanı müzakirə edib

0

Rusiya prezidenti Vladimir Putinlə İranın hökumət başçısı Həsən Ruhani arasında telefon danışığı olub. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Kremlin mətbuat xidməti bildirib ki, İran prezidentinin təşəbbüsü ilə keçirilən bu danışıqda bir sıra beynəlxalq məsələlər və ikitərəfli münasibətlərlə yanaşı, Ukraynadakı vəziyyət də müzakirə edilib.

 

 

Rusiya lideri atom-nüvə proqrammı ilə bağlı danışıqlarda Tehranın tutduğu konstruktiv mövqeyi bəyəndiyini vurğulayıb.

 

 

Həsən Ruhaninin istəyi ilə Putin Ukraynada yaranmış vəziyyətdən danışıb. Rusiya lideri bildirib ki, yaranmış böhran yalnız bu ölkənin bütün bölgələrinin çoxmillətli əhalisinin maraq və iradəsi nəzərə alınmaqla həll edilə bilər.

 

Tərəflər beynəlxalq və regional probelmlər, o cümlədən Xəzəryanı dövlətlərin növbəti sammitinə hazırlıqla bağlı fəal danışıqları davam etdirməyə razılaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 787

Oxşar yazılar