Putinin mətbuat katibi təkzib etdi
03 sentyabr 2014 14:51 (UTC +04:00)

Putinin mətbuat katibi təkzib etdi

“Rusiya və Ukrayna prezidentləri Ukraynada atəşkəs barədə razılıq əldə etməyiblər, çünki Rusiya münaqişənin tərəfi deyil”.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. 

 

D. Peskov bildirib ki, Putin və Poroşenko doğrudan da Ukrayna qüvvələri və ölkənin şərqindəki “könüllü dəstələr” arasında atəşkəsin əldə olunması barədə addımları müzakirə ediblər: “Lakin Rusiya bu barədə razılıq əldə edə bilməz, çünki münaqişənin tərəfi deyil”.

 

Xatırladaq ki, Ukrayna prezidentinin mətbuat xidməti P. Poroşenko və V. Putin arasındakı telefon söhbətində Donbassda daimi atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Oxşar yazılar