Putinin mətbuat katibi olimpiya çempionu ilə evləndi
01 avqust 2015 21:37 (UTC +04:00)

Putinin mətbuat katibi olimpiya çempionu ilə evləndi

0

Rusiya prezidenti Vladimir Putinin  47 yaşlı mətbuat katibi Dmitri Peskov Turin Olimpiadasının buz üstə rəqs idman növü üzrə çempionu 40 yaşlı Tatyana Navka ilə ailə həyatı qurub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, cütlüyün toyu bu gün Soçidəki “Rodina Grand Hotel & SPA”da keçirilib.  Toy mərasimində onlarla siyasətçi, məmur, idmançı və mədəniyyət xadimləri iştirak edib. Məlumata görə, Dmitri Peskov 3-cü, Tatyana Navka isə 2-ci dəfə ailə qurur. Peskovun əvvəlki nikahlardan üç, Navkanın bir övladı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar