Putindən vəd: “Ukrayna xalqının seçiminə hörmət edəcəyik”
25 may 2014 04:00 (UTC +04:00)

Putindən vəd: “Ukrayna xalqının seçiminə hörmət edəcəyik”

Rusiya prezidenti Vladimir Putin Ukraynada seçiləcək yeni prezident və hakimiyyətə münasibət bildirib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, deyib ki, yeni prezident keçid fiqur, yaxud əksinə daha geniş səlahiyyətlərə sahib ola bilər.

 

Onun sözlərinə əsasən, bu ssenarilərin hər ikisi Ukraynada siyasi vəziyyəti kəskinləşdirəcək.

 

Bununla belə V.Putin qeyd edib ki, Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Moskva Ukraynanın yeni rəhbərliyi ilə qarşılıqlı münasibət saxlamağa hazırdır.

 

“Biz Ukrayna xalqının seçiminə hörmət edəcək və yeni qurulacaq hakimiyyət orqanları ilə işləyəcəyik” -deyə, Putin bildirib.

 

Xatırladaq ki, mayın 25-də Ukraynada prezident seçkisi keçiriləcək. Prezidentlik uğrunda 21 namizəd mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845
avatar

Oxşar yazılar